Gündəm Özəl

“Yeni reallıqlar növbədənkənar prezident seçkilərinin keçirilməsini labüd edir” — Politoloq

“Yeni reallıqlar növbədənkənar prezident seçkilərinin keçirilməsini labüd edir” — Politoloq

“Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbi yeni bir situasiyanın yaranmasıdır. Əgər 2018-ci ildə biz ərazi bütövlüyü problemi ilə yaşayırdıqs, artq bütün ərazilərimizdə suverenliyimizi bərpa etmişik, bu da ortaya yeni reallıqlar çıxarıb. Paralel olaraq həm regionda, həm də qlobal səviyyədə beynəlxalq çağırışlar var. Bunların içində risk amilləri mövcuddur. Dünyanın yenidən şəkilləndiyi bir zamanda buna ayaq uydurmaq üçün yeni birliklərə və güc mərkəzlərinə ehtiyac var. Düşünürəm ki, bu yöndə doğru siyasət müəyyənləşdirmək lazımdır”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O qeyd edib ki, bütün bunların fonunda Azərbaycan dövlətinin güclü dövlət modelinə və yeni idarətemə sisteminə keçməsinə ehtiyac var idi: “Hesab edirəm ki, bu xüsusda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar doğrudur. İdarəetmə sistemində yeni modellər tətbiq etməyə, daha demokratik və şəffaf idarəetmə sisteminin yaradılmasına ehtiyac var. Artıq Qarabağda yeniliklərin tətbiqi hiss olunur. Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi idarəetmə üsulunun tətbiqi bir test sınağıdır, fikrimcə əgər effekt verərsə, gələcək perspektivdə bütün ölkə ərazisində tətbiq ediləcək”.

Ekspertin sözlərinə görə, yeni reallıqlar növbədənkənar seçkilərin keçirilməsini labüd edir, bu təkcə Azərbaycanda baş vermir:

“Regionda Rusiya kimi hegemon dövlətdə martda prezident seçkiləri keçiriləcək, ABŞ-də də noyabr ayında seçkilərin keçirilməsi planlaşdırılır, paralel olaraq Avropa İttifaqında da seçkilər baş tutacaq. Azərbaycanda bəzi qlobal şəbəkələr son vaxtlar yenidən xaos yaratmaq üçün düyməyə basıb. Seçkilərin keçirilməsi bu təhlükələrdən sığortalanmaq üçün preventiv addım kimi də dəyərləndirilə bilər. Hesab edirəm ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar stratejidir, gələcəyə hesablanıb və dövlətin təhlükəsizliyinə xidmət edir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova