Hadisə

Zibil qutusundan tapdığı "Makarov"u polisə təhvil verdi

Zibil qutusundan tapdığı Makarovu polisə təhvil verdi

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bu istiqamətdə keçirilən növbəti tədbirlərlə Binəqədi rayon sakini məişət tullantıları olan qutudan tapdığı "Makarov" markalı tapançanı, ona aid daraq və 5 ədəd patronu rayon polis idarəsinin 43-cü Polis Bölməsinə təhvil verib.

D
demokrat.az