Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Sivas vilayətində baş verib.
Qəza yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


