Bərdə rayonunda iki qadını fahişəliyə cəlb edən kişiyə cinayət işi açılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini Sədi Əliyevin barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Gündüz Abbasovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, cinayət işi üzrə iki qadın zərərçəkmiş qismində tanınıb.
Fariz Məlikli Demokrat.az


