Bakı sakini mağazanı partlatmaq istədi, polisə zəng vurub bunları dedi

HADİSƏ 14 avq 2019, 23:18

Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir.

 

Demokrat.az bildirir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 

Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də  “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var.

 

Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları xuliqanı taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.

 

Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top