Mənzilə çıxarış almaq asanlaşacaq, bu məqsədlə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılacaq.
Əmlak eksperti Ramil Osmanlı Xezerxeber.az-abildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.
Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqləndikdənsonra isətələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər.
Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yenisistemin yaradılmasında əsas məqsədlərdən biri isəvətəndaş məmur ünsiyyətini minimuma endirməkdir.
Qeyd edək ki, Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.


