Sosial Özəl

İqlim dəyişikliyi qida böhranına səbəb ola bilər — Proses Azərbaycandan da yan keçməyəcək

İqlim dəyişikliyi qida böhranına səbəb ola bilər — Proses Azərbaycandan da yan keçməyəcək

Türkiyənin ətraf-mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib ki, iqlim dəyişikliyi qida böhranına səbəb ola bilər.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, nazirin sözlərinə görə dünyada istilik 1,1 dərəcə artıb.

Əgər bu, 2 dərəcə yüksəlsə, qida böhranı yaşana, 3 dərəcə yüksələrsə, dünya yaşanmaz hala gələr.

“İqlim dəyişikliyinin ən böyük səbəbi sənayeləşmə, şəhərlərin böyüməsidir. Dünyanı ən çox çirkləndirən ölkələr sırasında Hindistan, ABŞ kimi ölkələr var”.

İqlim dəyişikliyi qida böhranına səbəb ola bilər — Proses Azərbaycandan da yan keçməyəcək

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, temperaturun artması nəticəsində Azərbaycanda suvarma suyuna çıxış azalıb, bunun nəticəsində ölkədə suvarılan torpaqlarda yetişdirilən bütün növ məhsullar azalma təhlükəsi ilə üz-üzədir:

“Azərbaycanda həm də yem-qida ehtiyatının yaradılmasında suvarma suyunun əhəmiyyəti böyükdür. Çünki heyvan yemi kimi daha çox istifadə olunan yonca çoxlu su tələb edən bitkidir. Aran rayolarında suya çıxış azaldıqdan sonra yoncanın qiyməti sürətlə qalxmağa başlayıb. Bu da regionlarda ət istehsalına ciddi təsir edib.

Ümumiyyətlə, iqlim dəyişmələri həm birbaşa, yəni yağıntılar vasitəsilə, həm də dolayısıyla – suvarma suyu vasitəsilə ərzaq istehsalına təsir edir. Bu da qlobal müstəvidə ərzaq təhlükəsizliyinə təhdidə və qiymətlərin bahalaşmasına gətirib çıxarır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az