Siyasət Özəl

“Danışıqların harada davam etməsinin Azərbaycan üçün fərqi yoxdur” — Brüssel, yoxsa Vaşinqton?

“Danışıqların harada davam etməsinin Azərbaycan üçün fərqi yoxdur” — Brüssel, yoxsa Vaşinqton?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya müsahibəsində bildirib ki, Ermənistan-Azərbaycan danışıqları tezliklə Brüssel və ya Vaşinqtonda baş tuta bilər.

O vurğulayıb ki, ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Lui Bononun regiona səfərinin məqsədlərindən biri də Vaşinqtonda görüş təşkil etməkdir.

Gözlənilən görüşlə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətovun sözlərinə görə, Azərbaycan üçün heç bir platformanın fərqi yoxdur:

“Danışıqların harada davam etməsinin Azərbaycan üçün fərqi yoxdur” — Brüssel, yoxsa Vaşinqton?

“İstər Brüssel, Vaşinqton olsun, istərsə də Moskva və ya Tbilisi. Önəmli olan odur ki, yekun nəticəyə gəlinsin, sülh danışıqları prosesində irəliləyiş əldə olunsun.

30 illik təcrübə onu göstərdi ki, Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa vasitəsilə hər hansı ciddi nəticə əldə olunmur. Azərbaycan müharibənin qalib tərəfidir, ərazilərini işğaldan azad edib, suverenliyini bərpa edib. Bundan sonra kim nə deyir, desin, ərazilərimizi güzəştə getməkdən söhbət gedə bilməz.

Yeganə fərq ondadır ki, hansı platforma üzərində yekun nəticə əldə olunacaqsa, burada həmin dövlətin maraqları da nəzərə alınacaq. Mənə elə gəlir ki, ən yaxşısı Tbilisi formatıdır. Ermənistan tərəfi buna razı olsa, artıq liderlərin öz aralarında görüşü baş tutacaq, problemləri özləri həll edəcəklər. Bu zaman nəticə də əldə oluna bilər”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az