Hadisə Özəl

11 nəfər FETÖ-çü tutuldu

11 nəfər FETÖ-çü tutuldu

Türkiyədə terrorda şübhəli bilinən 13 nəfər Yunanıstana qaçarkən saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, ölkənin Ədirnə vilayətində jandarma qrupları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində terror təşkilatı üzvü olmaqda şübhəli bilinən 13 nəfər Yunanıstana qaçmağa çalışarkən tutulub.

Şübhəlilərdən 11-nin FETÖ, 1-nin PKK üzvü olduqları üçün axtarışda olduğu müəyyən edilib.

Saxlanılan şübhəlilərlə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az