Rusiyada məhkəmə “Google”u rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmadığı üçün 15 milyon rubl (təxminən 165 min dollar) cərimələyib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, məhkəmə prosesi paytaxt Moskvada baş tutub.
Məhkəmə “Google”un rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığını əsas gətirərək qanuna əməl etmədiyinə qərar verib və “Google”a 15 milyon rubl (təxminən 165 min dollar) cərimə kəsilib.
Qeyd edək ki, “Google” əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
Aysu Demokrat.az


