Dünya Özəl

Somalidə daşqın nəticəsində 500 min insan evsiz qaldı

Somalidə daşqın nəticəsində 500 min insan evsiz qaldı

Somalidə leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən 500 min insanın evlərini tərk etməli olduğu bildirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Somali Milli Xəbər Agentliyinin (SONNA) məlumat yayıb.

Bildirilib ki, yağışlar indiyədək 30-dan çox insanın ölümünə səbəb olub və 500 min insanı didərgin salıb.

Ölkənin cənub və mərkəzi rayonlarında çaylar daşıb, yolları və bir çox yaşayış məntəqələrini su basıb.

Səlahiyyətlilər ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova