Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddə artırılıb.
Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
O qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin əsas prioritet sahələrindən ilk olaraq sosialyönümlü olmasına diqqət yetirilib:
"Dövlət büdəcəsinin digər əsas prioritetlərini isə təhsil, təhlükəsizlik, Qarabağa qayıdış və s. ilə bağlıdır. Dövlət büdcəsinin gəlir və xərclərinin artırılması artan tempin əsas tələblərini nəzərə alaraq aparılıb”.


