Sosial

Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib

Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib

Füzuli rayonu İkinci Zobucuq qəsəbəsində yerləşən 27 nömrəli tam orta məktəbdə üç sinfə şəhid Cəfərov Elşad Malik oğlunun, Məmmədov Vüsal Qüdrət oğlunun və Cəfərli Əli İsa oğlunun adları verilib.

Demokrat.azxəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, Füzuli Rayon Təhsil Sektorunun rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şagirdlərin böyük ruh yüksəkliyi ilə hazırladıqları rəngarəng çıxışlar izlənilib.

Tədbir “Yaşasın azad Azərbaycan!” və “Qarabağ Azərbaycandır!” şüarları ilə başa çatıb.

NE
Nihadə Eyyubova