Bakıda metroda ölüm hadisəsi baş verib.
“Bakı Metropoliteni” QSC-ninməlumatına görə, hadisə bu gün səhər saat 06:06-da qeydə alınıb.
“Həzi Aslanov-Dərnəgül”marşrutu üzrə xəttə çıxan qatarın maşinisti sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib.
Dərhal təcili tibbi yardım xidməti çağırılıb, lakin sərnişin “Neftçilər”stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib.
Tibb heyəti70 yaşlarındaolan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.


