Dünya Özəl

G7 xarici işlər nazirləri Tokioda görüşəcək

G7 xarici işlər nazirləri Tokioda görüşəcək

Yaponiyanın sədrliyi zamanı bir araya gələcək G7 ölkələrinin xarici işlər nazirləri Qəzza, Ukrayna və Hind-Sakit okean problemlərini müzakirə edəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın ev sahibliyi ilə qrup ölkələrinin xarici işlər nazirləri 7-8 noyabr tarixlərində paytaxt Tokioda görüşəcək.

Xarici işlər naziri Kamikava Yokonun sədrliyi ilə keçiriləcək iclasda ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.

İclasda İsrailin Qəzza zolağına hücumları, Rusiya-Ukrayna böhranı, enerji və iqlim problemləri müzakirə olunacaq.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova