Türkiyənin Niğde vilayətində keçirilən narkotik əməliyyatı nəticəsində 59 nəfər saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, bölgədə Təhlükəsizlik və Narkotiklə Mübarizə Şöbəsi Müdirliyi tərəfindən əməliyyat keçirilib.
Əməliyyatlar çərçivəsində 59 şübhəli saxlanılıb, çoxlu sayda narkotik vasitə ələ keçirilib.
Saxlanılan şəxslərdən 17-si isə həbs edilib.
Aysu Demokrat.az


