Türkiyədə İŞİD terror qruplaşmasına qarşı daha bir əməliyyat keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, ölkənin İzmir vilayətində terrorla mübarizə qrupları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.
Keçirilən əməliyyat nəticəsində 4 İŞİD üzvü saxlanılıb. Şübhəlilərlə bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


