Türkiyənin Ədirnə vilayətində qeyri-qanuni yollarla sərhədi keçməyə çalışan 87 miqrant yaxalanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Təhlükəsizlik qüvvələri sərhədi keçməyə çalışan Mərakeş, Suriya, Fələstin,İraq və Pakistan millətlərindən olan 87 miqrant müəyyən edib.
Yunanıstan sərhəddində tutulan immiqrantlar, lazımi əməliyyatların ardından Miqrasiya İdarə Müdirliyinə göndərilib.
Aysu Demokrat.az


