Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqına üzv ölkələrin səfirlərini qəbul edib.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, nazir Hakan Fidan Avropa İttifaqının Türkiyədəki nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrutu və Avropa İttifaqına üzv ölkələrin səfirlərini qəbul edib.
Görüş zamanı, iki ölkə arasındakı mövcud vəziyyət, gömrük ittifaqı və viza liberallaşdırılması, qeyri-qanuni miqrasiyadan terrorla mübarizəyə, İsrailin Qəzzaya hücumlarından Avropada Qurani-Kərimi hədəf alan hücumlara qədər bir çox mövzunu dəyərləndirilib.
Aysu Demokrat.az


