Türkiyədə əyləci partlayan sərnişin mikroavtobusu 2 avtomobilə çırpılıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Elazığ vilayətində baş verib.
Qəza nəticəsində aralarında tələbələrin də olduğu 16 nəfər xəsarət alıb.
Yaralılar bölgəyə gələn təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


