Sosial Özəl

“Xanımların bu işlərə cəlb edilməsi rəqabət mühitini inkişaf etdirəcək” — Peşə təhsili niyə vacibdir?

“Xanımların bu işlərə cəlb edilməsi rəqabət mühitini inkişaf etdirəcək” — Peşə təhsili niyə vacibdir?

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, peşə məktəblərində təhsil alan qızların sayını artırmaq lazımdır.

Demokrat.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinə təklif verən komitə sədrinin sözlərinə görə, qız uşaqları 9-cu sinifdən sonra bu məktəblərdə hansısa peşəyə, sənətə yiyələnə bilərlər.

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin fikrincə, peşə məktəblərində təhsil alan qızların sayının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi gecikir:

“Xanımların bu işlərə cəlb edilməsi rəqabət mühitini inkişaf etdirəcək” — Peşə təhsili niyə vacibdir?

“Uzun illər əvvəl bu istiqamətdə təkliflər planı hazırlanmalı idi. Bu, Azərbaycanda peşə təhsili sektoru üçün vacib məsələdir. Peşə təhsili mərkəzləri çoxşaxəlidir. Burada IT, dizaynerlik ixtisaslarından tutmuş, ictimai iaşə profilli ixtisaslar da yer almaqdadır. Bu gün peşə təhsili mərkəzlərinin əmək bazarına sirayət etməsi və bazarın onlardan faydalanmaq mexanizmi daha sürətli gedir. Bütün ictimai iaşə obyektlərinə peşə təhsili mərkəzlərinin yetirmələri lazımdır. Universitet təbii ki, əmək bazarına kadr hazırlayan müəssisələrin başında gəlir. Lakin müxtəlif sahələr var ki, onların kadr potensialını məhz peşə təhsili mərkəzləri təşkil etməlidir. Qənnadçı, dərzi, saç ustası kifayət qədərdir. Lakin baxaq, bu gün ölkədə nə qədər peşəkar saç ustası, dərzi var? Xanımların bu işlərə cəlb edilməsi rəqabət mühitini də inkişaf etdirmiş olacaq. Nüfuzlu universitetləri bitirmiş xanımlar var ki, əmək bazarında özlərinə iş tapa bilmirlər, sonradan peşə təhsilinə yiyələnib, uğurlu kariyera qururlar və xoşbəxtdirlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova