Hadisə Özəl

Türkiyədə dəhşətli yanğın: Evlər külə döndü

Türkiyədə dəhşətli yanğın: Evlər külə döndü

Türkiyənin Kastamonu vilayətində yerləşən Tosya rayonunda güclü yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə naməlum səbəbdən baş verən yanğın qısa müddət ərzində ətraf ərazilərə də yayılıb.

Əraziyə dərhal xilasetmə və yanğınsöndürmə briqadaları göndərilib.

Havadan və qurudan müdaxilə edilərək yanğın nəzarət altına alınıb. Alov nəticəsində 47 ev yararsız hala düşüb. Yanğın zamanı evlərin əksəriyyətinin boş olduğu öyrənilib.

Hadisənin təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova