Sosial

Azərbaycanda abortların sayında AZALMA

Azərbaycanda abortların sayında AZALMA

2022-ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940-i oğlan, 57906-sı isə qızdır.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.

Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub.

BMT-nin Əhali Fondunun demoqrafik təhlillərinə görə, cinslər arasında bioloji norma hər 100 qıza 102-106 oğlan nisbətindədir.

D
demokrat.az