Region Özəl

Türkiyədə daha 41 miqrant saxlanıldı

Türkiyədə daha 41 miqrant saxlanıldı

Türkiyənin Aydın vilayətində daha 41 miqrant saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Çimərlik Təhlükəsizlik Komandanlığından məlumat verilib.

Məlumata əsasən, Komandanlıq tərəfindən Didim sahillərində araşdırmalar aparılıb.

Nəticədə qayıqda olan 41 xarici ölkə vətəndaşı saxlanılaraq sahilə çıxarılıb.

Prosedurdan sonra miqrantlar Miqrasiya İdarə Müdirliyinə göndərilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova