ABŞ prezidenti Co Bayden bildirib ki, humanitar yardım daşıyan yük maşınları artıq Qəzza zolağına daxil ola bilərlər.
Demokrat.az xəbər verir ki, o bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisinlə danışıb.
Qeyd edib ki, Qəzzaya humanitar yardım daşıyan təxminən 20 TIR üçün Rəfah Sərhəd Qapısını açmağa razıdır.
Bayden Sisi ilə telefon danışığında vurğulayıb ki, humanitar yardım ən tez sabah gəlməyə başlayacaq.
Yaxın Şərqdə sabitliyi qorumaq və münaqişələrin artmasının qarşısını almaq üçün bölgədə daimi sülhün təmin edilməsinə razılıq verən Bayden və Sisi ABŞ və Misir arasında strateji tərəfdaşlığa sadiq olduqlarını bir daha bəyan ediblər.
Aysu Demokrat.az


