Türkiyədə FETÖ terror təşkilatının daxilində müxtəlif fəaliyyətlərlə məşğul olan 8 şübhəli saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluq FETÖ-nün gizli strukturu ilə bağlı yeni istintaqa başlayıb.
İstintaq çərçivəsində FETÖ-nün gizli ünsiyyət proqramından istifadə edən və təşkilat daxilində müxtəlif fəaliyyətlərlə məşğul olan 8 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Aysu


