Dünya Özəl

Vəba epidemiyasına görə 55 nəfər xəstəxanaya yerləşdirildi

Vəba epidemiyasına görə 55 nəfər xəstəxanaya yerləşdirildi

Zimbabvedə vəbaya yoluxduğu ehtimal edilən 55 nəfər xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Zimbabve Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda ölkə daxilində daha 55 nəfərin müalicə üçün xəstəxanalara yerləşdirildiyi açıqlanıb.

Açıqlamada Qutu, Buhera, Bikita, Çipinqe, Çiredzi və Mutare bölgələrində vəba epidemiyasının yayıldığı qeyd edilib və bu bölgələrdə sağlamlıq tədbirlərinin görüldüyü vurğulanıb.

Aysu Demokrat.az

D
demokrat.az