Region

İranda gün ərzində eyni şəhərdə dördüncü zəlzələ baş verdi

İranda gün ərzində eyni şəhərdə dördüncü zəlzələ baş verdi

İranda gün ərzində eyni şəhərdə dördüncü zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, 5,4 bal gücündə olan zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İranın cənubunda, Bəndər-Abbas şəhərindən 61 km şimal-qərbdə qeydə alınıb.

Bundan əvvəl Bəndər-Abbas şəhərində 5,3,5,2 və 5,5 bal gücündə zəlzələ olub.

D
demokrat.az