Livan sərhədindən edilən tank əleyhinə raket hücumu nəticəsində 3 İsrail hərbiçisi yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə İsrail Ordusundan məlumat verilib.
Məlumata görə, sərhəddə yerləşən Metula qəsəbəsi ərazisinə tank əleyhinə raket atılıb.
Nəticədə 3 israilli əsgərin yaralandığı bildirilib.
Həmçinin, hücumun hələ də davam etdiyi qeyd edilib.
Aysu Demokrat.az


