Hadisə

Qaçırdığı avtomobillə qəzaya düşüb öldü

Qaçırdığı avtomobillə qəzaya düşüb öldü

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu gün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan əyləşərək idarə edib.

O, Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

NE
Nihadə Eyyubova