Hadisə Özəl

Londonda hava limanında yanğın: Bütün uçuşlar dayandırıldı

Londonda hava limanında yanğın: Bütün uçuşlar dayandırıldı

İngiltərənin Luton hava limanında avtomobil dayanacağında baş verən yanğın digər mərtəbələrə də keçib.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata görə, naməlum səbəbdən baş verən yanğın sürətlə böyüyərək digər mərtəbələrə də keçib. Bu səbəbdən bütün uçuşlar ləğv edilib.

Yanğına 15 yanğınsöndürən maşını, 3 təyyarə və 100-dən çox yanğınsöndürən vasitəsilə müdaxilə edilib.

Yanğın zamanı dayanacaqda 1500-dən çox avtomobilin olduğu bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində ərazidəki 1200 avtomobilin zədələndiyi güman edilir.

Aysu Demokrat.az

D
demokrat.az