Türkiyənin Bursa vilayətində 2 yük maşını toqquşub.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda jandarma, xilasetmə və təcili tibbi yardım qrupları göndərilib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


