Gündəm Özəl

“Üzdükcə” batan lirə: “Azərbaycanın idxal inflyasiyası azalır” — Ekspert

“Üzdükcə” batan lirə: “Azərbaycanın idxal inflyasiyası azalır” — Ekspert

Türk lirəsi dollar qarşısında ucuzlaşmağa davam edir.

Demokrat.az xəbər verir ki, oktyabrın 9-da birjalarda dollar TL qarşısında 0,31% bahalaşıb.

Türkiyə Mərkəzi Bankının açıqladığı rəqəmlərə görə dolların bugünkü məzənnəsi alış üzrə 27.55 TL, satış üzrə 27.60 TL təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 1 TL 0,0616 manatdır.

Maraqlıdır, Türkiyə valyutasının sürətlə dəyərdən düşməsi Azərbaycanla ticarət dövriyyəsinə necə təsir edir?

İqtisadçı ekspert Xalid Kərimli lirənin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərini Demokrat.az üçün şərh edib:

“Üzdükcə” batan lirə: “Azərbaycanın idxal inflyasiyası azalır” — Ekspert

“Lirə ucuzlaşdıqca Türkiyədən Azərbaycana gələn idxal ucuzlaşır, Azərbaycandan Türkiyəyə ixrac isə bahalaşır. Azərbaycan Türkiyədən ərzaq məhsulları, tekstil, məişət avadanlıqları və digər qeyri-ərzaq malları idxal edir. Lirənin ucuzlaşması bu məhsulların idxalında ucuzlaşmaya gətirib çıxarır, bununla da idxal inflyasiyası azalır. Türkiyə iqtisadiyyyatı valyutanın ucuzlaşmasına adaptasiya olunduğuna görə bu təsirlər qısamüddətli xarakter daşıyır. Yəni lirə hər dəfə ucuzlaşanda anbardakı məhsulu daha ucuz qiymətə əldə etmək olur, lakin növbəti partiya gələndə artıq bahalaşma olur.

Azərbaycan Türkiyəyə əsasən enerji resursları, gübrə ixrac edir. Təəssüf ki, digər kateqoriya məhsullar ixrac edə bilmirik, çünki orada istehsal güclüdür. Azərbaycanda istehsalatın zəif olması ixraca əhəmiyyətli dərəcədə töhfə verə bilmir. Enerji resursları və gübrənin qiyməti isə ünya əmtəə bazarlarına əsasən tənzimləndiyinə görə satış zamanı Türkiyə üçün ciddi problemlər yaranmır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova