“Yaxın Şərqdə daimi sülh İsrail-Fələstin probleminin yekun həlli, iki müstəqil dövlətin yaradılması ilə mümkündür”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, gərginliyi artıracaq istənilən addımdan çəkinmək lazım olduğunu vurğulayıb:“Türkiyə münaqişələri dayandırmaq üçün əlindən gələni etməyə hazırdır. Paytaxtı Qüds olan Fələstin
Dövlətinin yaradılmasını təxirə salmaq olmaz. Fələstin məsələsi beynəlxalq hüquqa uyğun həll edilməlidir”.


