Sosial

Azərbaycanda son illər nikahdankənar 300 minə yaxın uşaq doğulub

Azərbaycanda son illər nikahdankənar 300 minə yaxın uşaq doğulub

Azərbaycanda son 12 ildə nikahdankənar 283 min 420 uşaq doğulub.

Demokrat.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Rəqəmlər 1907-ci ildən etibarən nikahdankənar doğulan uşaqların sayı ilə bağlı illər üzrə təqdim olunub.

Maraqlıdır ki, belə uşaqların ümumi statistikasında, qızlarla müqayisədə oğlan uşaqlarının sayı daha çoxdur.

Bu tendensiya son 3 ilin statistikasında daha qabarıq nəzərə çarpır. Belə ki, 2016-cı ildə rəsmi qeydə alınmamış nikahdan doğulan 26 min 288 uşaqdan 13 min 767-si oğlan, 12 min 521-i qız olub. 2017-ci ildə doğulan 22 min 796 belə uşaqdan 11 min 796-nı oğlanlar, 11 minini qızlar təşkil edib. 2018-ci ildə isə doğulan 20 min 716 belə uşaqdan 10 min 777-si oğlan, 9 min 939-u qız olub.

D
demokrat.az