Bir həftədir leysan yağışların davam etdiyi Şri-Lankada avtobusun üzərinə ağacın aşması nəticəsində 6 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Fəlakət İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, günlərdir davam edən fəlakət nəticəsində 6 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
12 bölgədə yüzlərlə ev dağılıb, təbii fəlakətdən zərər çəkən 50 mindən çox insan müvəqqəti sığınacaqlara köçürülüb.
Aysu Demokrat.az


