Müğənni Nadir Qafarzadə dünyasını dəyişən bacısıSərvinaz Müqbilova ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi bacısının ölümündən bir il ötdüyünü vurğulayıb.
Qafarzadə şəkillərə "Allah sənə rəhmət eləsin, bacım. Düz bir ildir ki, aramızda yoxsan. Düşünürəm ki, bu nahaq dünyanın əzabından qurtarıq, haqq dünyanda rahatsan" deyə, yazıb.
Qeyd edək ki, ifaçının bacısı xərçəngdən əziyyət çəkirdi.


