Dünya Özəl

Ədəbiyyat üzrə Nobel mükafatı norveçli yazıçıya verildi

Ədəbiyyat üzrə Nobel mükafatı norveçli yazıçıya verildi

2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı norveçli yazıçı Con Fosseyə verilib.

Demokrat.az xəbər verir ki, bu barədə İsveç Krallığının Elmlər Akademiyası məlumat yayıb.

Məlumata əsasən, yazıçı həmçinin 11 milyon İsveç kronu (1 milyon dollar) məbləğində mükafat alacaq.

Qeyd edək ki, Fossenin yazdığı pyeslər dünyada ən çox tamaşaya qoyulan pyeslər sırasındadır.

1959-cu ildə anadan olan Fossenin 40 pyesi, çoxlu romanları, esseləri, uşaq kitabları və tərcümələri var.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova