Avropa İttifaqı (Aİ) bir çox ölkədə yaşayan 2005-ci il təvəllüdlü 36 min gəncə Avropada pulsuz səyahət edə bilmələri üçün qatar bileti verəcək.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Məlumata görə, Aİ-nın "Discover EU" proqramı çərçivəsində 18 yaşdan yuxarı 36 min gənc internet üzərindən bir neçə suala cavab verərək bu fürsəti əldə etmək şansı qazanacaq.
Müraciətlər bu gündən oktyabrın 18-dək davam edəcək.
Aİ ölkələrindən başqa "Erasmus+" proqramına daxil olan İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyədən olan gənclər Avropa Gənclər Portalında sualları cavablandıraraq pulsuz qatar biletləri qazana bilərlər.
Qeyd edək ki, gənclər 1 mart 2024-cü il və 31 may 2025-ci il tarixləri arasında biletlərindən maksimum 30 gün istifadə edə biləcəklər.
Aysu Demokrat.az


