Dünya Özəl

İranlı qadınlar Neymarı tribunadan izləyəcəklər

İranlı qadınlar Neymarı tribunadan izləyəcəklər

Asiya Çempionlar Liqası çərçivəsində oktyabrın 3-də məşhur futbolçu Neymarın çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl Hilal” futbol klubu ilə İranın “Nessaci Mazenderan” futbol komandası üz-üzə gələcək.

Demokrat.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, bu matçda uzun müddətdən sonra tribunalarda qadın futbolsevərlər də iştirak edə biləcək.

Matça bilet 2500 qadına satılacaq.

Digər tərəfdən, matçın bilet satışının 48 saat əvvəl başlayacağı və matçı 50 min tamaşaçının izləyəcəyi bildirilib.

Xatırladaq ki, iranlı qadınlar sonuncu dəfə 2022-ci ilin avqustunda Azadi stadionunda matça baxa biliblər.

Aysu Demokrat.az

D
demokrat.az