Dünya Özəl

İsveçdə silahlı hücum: Ölən və yaralananlar var

İsveçdə silahlı hücum: Ölən və yaralananlar var

İsveçin Sandviken qəsəbəsində restorana silahlı basqın edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hücumda həyatını itirənlərdən biri 70 yaşlarında, yaralananlar isə restoranın müştəriləri olub.

Qeyd edək ki, hücum edən şəxs hələ də tutulmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova