Gündəm

MN: “Polonez” və “LORA” raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə məlumatlarlar yalandır

MN: “Polonez” və “LORA” raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə məlumatlarlar yalandır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirlikdən vurğulanıb.

NE
Nihadə Eyyubova