Hadisə

AzTV-nin yeni rəhbərindən qocaman rejissora HÖRMƏTSİZLİK — VİDEO

AzTV-nin yeni rəhbərindən qocaman rejissora HÖRMƏTSİZLİK — VİDEO

AzTV-nin ilk rejissorlarından olan Nazim Zeynalov qurumun sədr əvəzi Rövşən Məmmədovu tənqid edib.

Demokrat.az xəbər verir ki, 82 yaşlı qocaman rejissor bu barədə sosial şəbəkədə yazıb:

"Aprelin 5-də nəhayət sədri müvəqqəti əvəz edən Rövşən Məmmədovun qəbuluna düşdüm, "xoş-beş"dən sonra bildirdim ki, Arif Alışanov bəlli olmayan səbəbdən videotekanın fondunda adımla bağlı xeyli sayda verilişlərə qoyduğu qadağanı götürsün.

Eyni zamanda Alışanovun elan etdiyi "Persona-non qrata" damğasını ləğv olunmasını xahiş etdim. Nümunə üçün DVD-də hazırladığım iki verilişimdən fraqmentlərə baxmağı təklif etdim. Hövsələsiz qarşısındakı kompüterə qoşdu, təsvirələrə diqqətlə baxmadan "köhnədir"-dedi. Duydum ki, bu adam milli-musiqi dəyərlərinə, musiqı janrlarına, korifey müğənnilərimizə,ifaçılarımıza biganədir ! Diskləri qaytarıb,nə desə yaxşıdır:-"Siz bunları köməkçimə göstərin,-o bəyənsə, mənə deyəcək,mən də baxıb-bəyənsəm, sizi çağırarıq".

Qeyd edək ki, Rövşən Məmmədov son günlər mediada ən çox tənqid edilən vəzifəlilər sırasındadır. Onun bir neçə yaxın qohumunu AzTV-də vəzifəyə təyin etməsi birmənalı qarşılanmayıb.(olke.az)

D
demokrat.az