Keniya polisinin keçirdiyi əməliyyatda qeyri-qanuni hərbi təlim keçirən 4 xarici ölkə vətəndaşı saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, ölkə polisi paytaxt Nayrobidəki bir oteldə qeyri-qanuni hərbi təhsil verən 4 şəxslə bağlı əməliyyat təşkil edib.
Əməliyyat nəticəsində ölkəyə turist vizası ilə daxil olan 4 nəfər saxlanılıb.
Saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


