Sosial Özəl

Abonent kodunu addan-ada necə keçirmək olar?

Abonent kodunu addan-ada necə keçirmək olar?

"Abonent kodunu addan-ada keçirmək üçün, abonentin özü və ya notarial qaydada təsdiq edilən etibarnamə əsasında çıxış edən digər vətəndaş asan xidmət mərkəzinə yaxınlaşmalıdır".

Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, vətəndaşlar bu kimi hallarda Asan xidmət və ya Asan kommunal mərkəzlərinə müraciət etməlidir:

"Müraciət zamanı şəxsiyyət vəsiqəsi, mülkiyyəti təsdiq edən sənədlərin əsli, smart kart təqdim edilməlidir. Bununla da Smart kartın abonent kodunu addan-ada keçirmək mümkündür. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova