Sosial Özəl

“Dünyada çirkin oyun gedir...” — Qlobal istiləşmə ilə bağlı deyilənlər yalandır?

“Dünyada çirkin oyun gedir...” — Qlobal istiləşmə ilə bağlı deyilənlər yalandır?

Planetimiz ard-arda baş verən dağıdıcı təbiət hadisələrinə şahidlik edir. Zəlzələlər, sel, daşqınlar, meşə yanğınları bir-birini əvəz edir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Demokrat.az-a açıqlamasında buna iqlim dəyişikliyinin səbəb olduğunu deyib:

“Yer kürəsi öz oxunun istiqamətini dəyişir. Alimlər hələ də ətraflı öyrənə bilməyib ki, Yerin mərkəzində hansı proseslər gedir. Buna görə də planetin bir tərəfində zəlzələ baş verir, digər bir yerində sel, daşqın, qasırğa”.

T.Zeynalov qlobal istiləşmə ilə bağlı deyilənlərin yalan olduğunu qeyd edib:

“Hər 30-40 ildən bir iqlim dəyişikliyi baş verir, gah istiləşir, gah soyuyur. İndi yavaş-yavaş iqlim soyumağa doğru gedir. Yağıntıların miqdarı artacaq. Bakıya illərdir güclü qar yağmır, ancaq indi yağa bilər.

Qlobal istiləşmə ilə bağlı xəbərlərə inanmaq olmaz. Dünyada çirkin oyun gedir. Hansı qlobal istiləşmədən söhbət gedir?!

Ölkədə bütün zavodları bağlayıblar, eləcə də digər ölkələrdə. Guya zavodlar iqlimi istiləşdirir. Camaatı işsiz qoyublar”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az