Hadisə Özəl

Dənizdə itən yeniyetmənin meyiti tapıldı

Dənizdə itən yeniyetmənin meyiti tapıldı

Türkiyənin İstanbul şəhərində 14 yaşlı yeniyetmə dənizdə batıb.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Sarıyer ərazisindəki Kısırkaya çimərliyində baş verib.

Dostları ilə üzməyə gedən yeniyetmə anidən suda yoxa çıxıb.

Ətrafdakıların xəbərdarlığı ilə hadisə yerinə dərhal axtarış-xilasetmə qrupları göndərilib.

Uzun sürən axtarışların ardından 14 yaşlı oğlanın meyiti tapılaraq ailəsinə təhvil verilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova