Hadisə Özəl

Filippində güclü zəlzələ baş verdi

Filippində güclü zəlzələ baş verdi

Filippinin Namuak bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb.

Məlumatda zəlzələnin episentrinin Namuak bölgəsindən 73 kilometr şimalda olduğu bildirilib.

İlkin hesabata görə, 41,3 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova