Dünya Özəl

Liviyada sel fəlakəti ilə əlaqədar 3 günlük matəm elan edildi

Liviyada sel fəlakəti ilə əlaqədar 3 günlük matəm elan edildi

Liviyada sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe açıqlama verib.

O bildirib ki, seldən zərər çəkənlərə kömək etmək üçün lazımi tədbirləri davam etdirilir:

"Bütün rəsmiləri və nazirləri şərq bölgələrindəki vəziyyəti nəzərdən keçirməyə çağırırıq. Dövlət qurum və təşkilatlarına lazım olan bütün imkanlardan istifadə etmələri ilə bağlı tapşırıqlar verilib.

Eyni zamanda ölkədə 3 günlük matəm elan olunub, bununla əlaqədar bayraqlar yarıya qədər endiriləcək. Liviya xalqı qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəyik".

Aysu

NE
Nihadə Eyyubova