İkt Özəl

"Meta" yeni və daha güclü sistem hazırlayır

Meta yeni və daha güclü sistem hazırlayır

"Meta" ən qabaqcıl və güclü olması nəzərdə tutulan yeni süni intellekt sisteminin üzərində işləyir.

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata əsasən, şirkət yeni modelini gələn il hazır vəziyyətə gətirməyi və digər süni intellekt versiyalarından bir neçə dəfə güclü olmasını hədəfləyir.

Sistem digər şirkətlərə mürəkkəb mətn, analitik və nəticə çıxaran xidmətlər yaratmağa kömək edəcək.

Həmçinin qeyd edək ki, "Meta" 2024-cü ilin əvvəlində süni intellekt sistemlərinə dərslər öyrətməyə başlayacaq.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova